27 Dekabr 2019
15:53
1186

Azərbaycan və Malta yığmaları yenidən qarşılaşacaq

Futbol üzrə Azərbaycanın əsas milli komandası gələn il martın 30-da yoldaşlıq oyunu keçirəcək.

İslahat.az xəbər verir ki, AFFA-nın rəsmi saytının verdiyi məlumatına görə, yığma səfərdə Malta yığması ilə qarşılaşacaq. 

 

Görüşün keçiriləcəyi stadion və başlanma vaxtı hələlik bəlli deyil. 

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci ildə UEFA Millətlər Liqasında Malta yığması ilə iki dəfə üz-üzə gəlib. Hər iki qarşılaşma eyni hesabla yekunlaşıb - 1:1

İslahat.az