02 Avqust 2022
14:40
17781

Azərbaycan-Türkiyə-Özbəkistan Daşkənd Bəyannaməsini imzaladı

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin birinci üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

İslahat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, üç ölkə Daşkənd Bəyannaməsi çərçivəsində müxtəlif layihələr ərsəyə gətirəcək.

İslahat.az