26 Avqust 2019
15:07
1112

Azerbaycan Turizm Forumu

Tourism Lab. şirkətinin təşkilatçılığı ilə artıq 3 ildir keçirilən Azərbaycan Turizm Forumu bu ildə öz ənənəsinə sadiq qalaraq növbəti tədbirini təşkil edəcək. Forum 18 sentyabr tarixində Abşeron Otellər Qrupunun dəstəyi ilə Bulvar Hotelin konfrans zalında baş tutacaq. Azərbaycan Turizm Forumu turizm istiqamətində 2016-cı ildən bəri müxtəlif layihələr və forumlar təşkil edir. Bütün bu tədbirlər milli turizmin ən yaxşı nümunələrini ortaya qoyur. Turizmin inkişafı və həlləri üçün müxtəlif yolların axtarışına böyük bir addımdır. Forum Azərbaycanda bu istiqamətdə yaradılmış ilk və yeganə platformadır. Burada nəinki turizm sənayesinin mütəxəssislərini, həmçinin fərqli sənayeni və turizmdə yeni biznes qurmaq istəyən hər kəs üçün açıqdır. Əlaqələr yaratmaq Forumun əsas istiqamətlərindən biridir. Forumun iştirakçıları əsasən otellər və digər yerləşmə obyektlərinin əməkdaşları, Almaniya, Avstriya, İsveçrə tur operatorları, sığorta şirkətləri, turizm sahəsinə maraqlı olan digər şirkətlər, hava yolu şirkətləri, turizm informasiya mərkəzləri, ticarət mərkəzləri, restoran və digər keyterinq şirkətləri Azərbaycan Turizm Forumunda iştirak edəcəklər. 

İslahat.az xəbər verir ki, Bu il keçiriləçək olan Azərbaycan Turizm forumu yenilkiləri ilə forum iştirakçılarının qarşısına çıxacaq. Tədbir 3 paneldən ibarət olacaq. 1ci paneldə Azərbaycan "Turizmdə Strategiyalar” mövzusunda sahənin tanınmış turizm mütəxəsisləri fikirlərini bölüşəcəklər. Forum iştirakçılarını maraqlandıran sualları bir-başa cavablandıracaqlar. 2-ci panel "Turizmdə İnnovasiyalar” mövzusu olacaq. Bu sahənin tanınmış mütəxəsisləri öz təcürbələrini forum iştiakçıları ilə bölüşəçək. 3-çü panel isə "Turizmdə blogerliyin və influencerliyin effekti” mövzusunda turizm blogerlərinin interaktiv çıxışlar olacaq.  Bundan əlavə olaraq tədbir günü mini turizm sərgisinin də keçirilməsi planlaşdırılır. Forum vaxtı iştirakçılarla müxtəlif xırda oyunlar keçiriləçək. Və qaliblər müxtəlif hədiyyələrin sahibi ola bilərlər. 

Detallı məlumat üçün www.turizmforumu.az saytından tanış ola bilərsiniz.
 
İslahat.az