01 Aprel 2019
14:26
1080

Azərbaycan Turizm Forumu - Qəbələ görüşü

Azərbaycan Turizm Forumu ilk dəfə 2016-cı ildə keçirilib. 2016-cı ildən bu günə kimi hər il keçirilir. Forumda ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələlər yerli və xarici spikerlərin iştirakı ilə müzakirə edilir. 

Turizm forumu bütün turizm mütəxəssislərinin və turizmə bir başa və dolayısı ilə bağlı olan biznes adamlarının görüşdüyü Azərbaycanın turizm forumudur. 

İslahat.az xəbər verir ki, Azərbaycan Turizm Forumu Tourism Lab. MMC-nin təşkilatçılığı ilə keçirilir.  Qeyd edək ki, Tourism Lab. MMC həmçinin Tourism Students Meetup -ın da təşkilatçısıdır. 

Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək. Məqsəd, Forumun yuxarıda qeyd edilmiş məqsədlərini region turizminin üzərində fokuslamaqdır.

Həmçinin bölgənin turizm mütəxəsislərinə də Forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması əsas məqsədlərimizdən biridir. 

Azərbaycan Turizm Forumu haqqında daha ətraflı məlumat aşağıdakı linkdən əldə edə bilərsiniz. 

 
Qeyd edək ki, "Azərbaycan Turizm Forumu - Qəbələ görüşü" layihəsinin media dəstəkçilərindən biri "İslahat.az" xəbər portalıdır.
 
İslahat.az