Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır.
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır. Ölkələrarası münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, qarşılıqlı maraq üzərində qurulub.
Hökumətlərarası komissiyaların fəaliyyəti ölkələrimiz arasında
iqtisadi potensialı düzgün dəyərləndirərək bu müstəvidə əməkdaşlığımızı
dərinləşdirir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
"Ölkələrimiz arasında ticarət dövriyyəsi artan templə inkişaf edir və müəyyən
olunmuş hədəflərin icrasına yönəlib. Humanitar sahədə əməkdaşlığımız
günü-gündən genişlənir. Azərbaycanda 340-dan çox məktəbdə rus dilində tədris
aparılır. Rusiyanın aparıcı universitetlərinin filialları Bakıda fəaliyyət
göstərir və ölkəmiz üçün vacib mütəxəssislər hazırlanır. Azərbaycanın Rusiyada
ticarət evləri açılır və qeyri-neft məhsullarımızn təşviqi üçün işlər görülür.
Rusiyanın müəsisələrinin Azərbaycanda filialları açılır. O cümlədən, işğaldan
azad olunmuş ərazilərimizdə "KamAZ” zavodunun filialının yaradılması ilə bağlı
razılıq əldə olunub”. Rusiyanın 500-dən çox müəssisəsi Azərbaycana investisiya
qoyub və fəaliyyət göstərir.
"Son bir həftədə Rusiya prezidentinin xüsusi nümayəndəsinin, Baş nazirin
müavininin, Elmlər Akademiyasının prezidentinin Azərbaycana gəlməsi və 30-dan
çox şirkətin iştirakı ilə Bakıda biznes konfransının keçirilməsi
ölkələrimizarası münasibətlərin dərinləşməsindən xəbər verir. Biz
qonşularımızla səmimi münasibətlərin möhkəmlənməsinə çalışırıq”.
Rusiya-Azərbaycan münasibətləri fəal dialoq formatına malikdir. "Cənab
Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri
həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional
problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacib
oldu.
Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər
sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və
qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına
malikdir.
Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında
qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə
Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər
Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə
xüsusi nümayəndəsini qəbul edibdir.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir
Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və
digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq
və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına
malikdir.
Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında
qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə
Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər
Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə
xüsusi nümayəndəsini qəbul edibdir.
Nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından
biridir və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa
investisiya qoyulub, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox
böyük maraq var.
"Bu baxımdan da sadəcə siyasi sahədə deyil, iqtisadi sahədə də ciddi addımlar
atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq,
cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət
dövriyyəsi 11 faiz artıb. Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət
göstərir. Həftə ərzində isə Rusiya ekspert mərkəzinin, Rosekzimbankın,
ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı
keçirilib. Bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfə
verir. Eyni zamanda, mövcud amil ondan xəbər verir ki, həm Rusiya, həm də
Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin
daha da yüksəldilməsində maraqlıdırlar”.
Hal-hazırda Azərbaycanla Rusiya arasında 7 yol xəritəsi icra olunur ki, bu da
iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edir:
"Təhsil sahəsində də iki ölkə arasında qurulan körpü uğurludur. Belə ki,
Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34
faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Rusiyada isə
azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb ki, 15 minə
yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Görüşdən yayılan görüntülərdə
Vladimir Putinin Prezident İlham Əliyevi səmimi salamlaması səfərin ən diqqət
çəkən məqamı hesab oluna bilər ki, bu amil də prezidentlər arasındakı şəxsi
münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Nailə Əliyeva – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib
26 noyabr 2021-ci il tarixində Soçidə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş
üçtərəfli görüşün nəticələrini müsbət qiymətləndiririk.
Bildirilib ki, görüş nəticəsində Azərbaycan Respublikası Prezidentinin,
Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin
imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə
təmin edilib:
"Bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o
cümlədən dəmir yollarının və avtomobil yollarının açılması ilə əlaqədar
layihələrin tezliklə həyata keçirilməsi məqamları xüsusilə vurğulanmalıdır.
Münaqişə sonrası mərhələdə Azərbaycan, üçtərəfli bəyanatların tam şəkildə
həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə
arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq
prinsipləri əsasında normallaşması mövqeyindən çıxış edib. Azərbaycan tərəfi,
bundan sonra da 26 noyabr Bəyanatında da əks olunmuş aidiyyəti məqamların
icrası istiqamətində müvafiq addımlarını davam etdirəcək”.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Soçi görüşünün nəticələri: İlham Əliyevin növbəti siyasi uğuru
Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev,
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan
arasında baş tutmuş üçtərəfli görüşün nəticələri haqqında fikir yürütməzdən
əvvəl mən ilk növbədə regional məsələlərin həllində Rusiya faktoruna,
Rusiya-Azərbaycan münasibətlərinə toxunmaq istərdim. Belə ki, görüşdən əvvəl
ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan ilə Rusiya arasındakı
münasibətlər strateji müstəvidə inkişaf edir”.
Son hadisələr fonunda Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb,
ikitərəfli münasibətlər sürətlə inkişaf edirilib.
İkitərəfli formatda çox məsələlər həllini tapa bilib. Bundan başqa, son
dövrlərdə əmtəə dövriyyəsi artmaqda davam edir, iqtisadi sahədə əməkdaşlığa, o
cümlədən biznes dairələri arasında əməkdaşlığa maraq güclənir. Bunun
nəticəsidir ki, hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar
əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır.
Ötən ilin noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin Qarabağda
fəaliyyətə başlaması ilə əlaqədar regionda ciddi hadisələrə, geniş miqyaslı
toqquşmalara rast gəlinməyib.
"Birmənalı olaraq qeyd etmək olar ki, Qarabağda sülhün saxlanması üçün Rusiya
sülhməramlılarının rolu yüksəkdir”.
Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib.
"Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır.
Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun,
bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və yenidən qonşular kimi
yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan
həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün
humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir
Vətən müharibəsində Azərbaycanın hərb meydanında qazandığı şanlı
Qələbə diplomatik müstəvidə də üstünlüyümüzü təmin edib. Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına
əsaslanaraq ölkəmizin maraqlarını ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da
Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş
nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahid olduq.
Hər üç ölkə lideri tərəfindən imzalanan Bəyanat, həmçinin səslənən
açıqlamalardakı fikirlər Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə
olaraq mənafeyinə uyğundur 26 noyabr bəyanatında Qarabağ adının keçməməsi artıq
bu münaqişənin tarixə qovşduğunu bir daha göstərir. Sülhün və sabitliyin
tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına,
delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin sülh
müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə
bir sıra təkliflər irəli sürüb. Azərbaycan qarşısına qoyduğu məqsədlərinə
çatıb. Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışıb,
amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm
də mütəmadi hərbi təxribatları bunun qarşısını alıb Növbəti hərbi təxribata
cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü
təkbaşına yerinə yetirdi. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə
yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi,
Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün
region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri
Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və
həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə
hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin
yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş
siyasəti buna bizi bir qədər də yaxınlaşdırır.
Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni
güzəştə məcbur edəcək yeni reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə
Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur
dəhlizinin açılması o qədər də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya
prezidenti Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə
də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair
bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir.İşlərin
daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin minalanmasıdır
ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə təqdim etməyib.
Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması ölkəmizin növbəti
uğurudur və bu, onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə də mühüm
irəliləyişə nail olunacaq.
Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı
Zəngəzur dəhlizi bölgədə regional işbirliyi və strateji əməkdaşlığın təməlidir
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli
nəticələrindən biri dəNaxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur
dəhlizinin açılması oldu.1921-ci ildə sovet Rusiyasının Ermənistana
hədiyyə etdiyi, bir zamanlar türkdilli ölkələri parçalayan, bölən, qədim
Zəngəzur mahalından keçəcək dəhliz indi coğrafi baxımdan iki yerə
bölünən türk dünyası arasında quru əlaqəsi yaratmaqla bərabər bu gün elə həmin
ölkələri birləşdirən bir yol olacaq.Bu strateji yol
Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat
blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və
nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin
bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk
dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə
Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış körpü
olacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında
Prezident İlham Əliyev demişdir: "Zəngəzur dəhlizinin yaradılması bizim
milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Beləliklə, Azərbaycan
xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Naxçıvan-Qars dəmir yolunun tikintisi ilk növbədə, nəqliyyat sisteminin
şaxələndirilməsini və mövcud kommunikasiya infrastrukturunun əhəmiyyətini
daha da artırır.Hava və quru əlaqəsi yalnız İran və ya
Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın
əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa
edilərək istifadəyə verilməsi, eyni zamanda Naxçıvanı Azərbaycan və Türkiyə ilə
də birləşdirəcək. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub
və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə,
oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta
Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı
yaradacaq. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı,
Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.
Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti Naxçıvan
Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm
tranzit mərkəzinə çevirərək onu Çin, Avropa ölkələri, eyni zamanda, Fars
körfəzi ölkələri ilə də birləşdirəcək.
Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal
Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək.
Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün
gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə
çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu
dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün
türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün
də əlavə imkanlar yaradacaq.
Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin
tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa
İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının
yaradılması kimi strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv
nəqliyyat infrastrukturu olmaqla xarici şirkətlərin regiona sərmayə
yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, Zəngəzur
dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun
həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana,
daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının
yaranmasını təmin edəcəkdir.
Yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olan Azərbaycanın
geosiyasi və geostrateji mövqeyi gündən-günə daha da möhkəmlənir.
Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpa edilməsi,
Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəqliyyat layihələrinin həyata
keçirilməsi artıq Azərbaycan ilə Türkiyə arasında yeni əlaqələri
formalaşdıracaq.Hər şeydən əvvəl isə Zəngəzur dəhlizinin açılması bölgədə
məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu
istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin
yaradacaq. Prezident İlham Əliyevin dediyi kimi , "regional işbirliyi,
sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün
bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də
müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada,
ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, – çünki təkcə
Zəngəzur dəhlizindən söhbət getmir, – bizim Ermənistanla digər nəqliyyat
layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi
Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli
məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik”.
Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal
Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti buna bizi bir qədər də yaxınlaşdırır.
26 noyabr Bəyanatında Qarabağ adının keçməməsi artıq bu
münaqişənin tarixə qovşduğunu bir daha göstərir: "Həmçinin burada Ermənistan
tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur. Sülhün və
sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq
tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanılmasına, həmçinin
sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib və bu
barədə bir sıra təkliflər irəli sürüb. Buna uyğun olaraq, Bəyanatda Azərbaycanla
Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin
sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə
ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir.
Əminliklə deyə bilərik ki,nəticələr çox müsbətdir və Azərbaycan qarşısına
qoyduğu məqsədlərinə çatıb”.
Azərbaycan uzun illər münaqişənin siyasi yolla həll olunmasına çalışdı, amma
Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də
mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı: "Növbəti hərbi təxribata
cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik
Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü
təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə pararel yeni
perspektivlər yaranıb. Təbii ki, uzun illər davam etmiş münaqişə bölgə ilə
yanaşı, regionun da inkişafına mənfi təsir göstərib. Qalib ölkə kimi,
Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıqlar bütün
region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri
Zəngəzur dəhlizidir ki, bunun açılmasında region dövlətləri də istəklidir və
həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə
hansı yolla olur-olsun dəhlizin açılacağını bəyan edib. Ermənistan tərəfinin
yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş
siyasəti buna bizi bir qədər də yaxınlaşdırır. Noyabrın 16-da Ermənistanın
hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək yeni
reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı
diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər
də uzaqda olan məsələ deyil. Həmçinin Rusiya prezidenti Vladimir Putinin nəqliyyat
dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və
nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının
üst-üstə düşdüyünü göstərir”.
Ceyhun Abdullayev – YAP fəalı
Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır
Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq
işləri uğurla və kompleks şəkildə həyata keçirilir, dövlətimizin başçısı cənab
İlham Əliyevin Şərqi Zəngəzura və Qarabağa hər səfərində biz buna şahid oluruq:
"İşlərin daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin
minalanmasıdır ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə
təqdim etməyib. Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması
ölkəmizin növbəti uğurudur və bu, onu göstərir ki, yaxın zamanlarda bu
istiqamətdə də mühüm irəliləyişə nail olunacaq”.
Biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun
fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini görmüşük. Bu qurum ikili
standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox
maraqlı görünürdü. Bütün faktlar ortada ola-ola həm işğalçıya, həm də işğala
məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum heç bir tutarlı iş görə
bilmədi. "Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud olmadığı üçün bu qurumun
mövcudluğu, məncə, formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu
məsələdə daha aktiv və təşəbbüskardır. Bəyanatda ATƏT-in Minsk qrupunun adının
çəkilməməsi, həmçinin status məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu
olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir. Bu qələbənin təmin
olunmasında 16 noyabr tarixində sərhəddə erməni təxribatının qarşısının
alınması və Ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı.
Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü
Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub.
Cənab Prezident İlham Əliyev Qarabağ haqında bəhs edərkən
xalqımızın haqq yolunda, işimizin haqq olduğunu dəfələrlə vurğulamışdır.
44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin gücü və xalqın öz Ali Baş
Komandanına inamı, onun ətrafında sıx birləşməsi sayəsində qələbə ilə
başa çatdı. Lakin qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi, eyni zamanda
Rusiyanın atəşkəsin əldə olunması üçün münaqişədə neytral mövqe tutması bu
qələbədə xüsusi rol oynamışdır.
Ölkəmiz Ali Baş Komandanımızın rəhbərliyi ilə həmişə istər döyüş əməliyyatları
dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə
ardıcıl tərəfdar olub.
Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi
qulluqçunun Ermənistan tərəfə verilməsi, yaralanmış hərbi qulluqçuya
azərbaycanlı həkimlər tərəfindən tibbi yardımın göstərilməsi buna bariz
nümunədir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi "Azərbaycan həmişə
humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu
istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik
qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə
başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə çatacağıq”
Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi
RƏSMİ ŞƏXSLƏR ARASINDA SƏFƏRLƏRİN DİNAMİKASI YÜKSƏKDİR
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Cənubi
Qafqazda sülhün və sabitliyin təmin edilməsi baxımında böyük önəm kəsb edir. Bu
görüşün nəticələri və görüş nəticəsində qəbul edilən bəyanat Azərbaycanın
növbəti diplomatik uğuru kimi xarakterizə etmək olar.
Bu bəyanat Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə
iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur. Bəyanatda Rusiyanın
məsləhətçi köməyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin
delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş
aparmağa razılıq əldə olunduğu qeyd edilir. Eyni zamanda avtomobil və dəmir
yollarının açılması ilə bağlı layihələrin başlanılması barədə qərar qəbul
edilib ki, bu da məhz bu Zəngəzur dəhlizini nəzərdə tutur.
Bu görüş eyni zamanda Rusiya ilə Azərbaycan arasında əlaqələrin yüksək
səviyyədə olduğunu göstərdi. Soçi görüşü zamanı Azərbaycan və Rusiya dövlət
başçıları arasında səmimi və isti münasibətlərin olduğunu gördük. Bu onu
göstərir ki, Azərbaycan və Rusiya arasında münasibətlər bundan sonra da
yüksələn xəttlə inkişaf edəcək. Rusiya Prezidentinin Azərbaycanda rus dilinə və
mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi də diqqət çəkən
məqamlardan biri oldu. Vladimir Putinin bu fikirləri Azərbaycanın multikultural
dəyərlərinə verdiyi yüksək qiymət olmaqla yanaşı, digər tərəfdən antirusiya
meyillərin kəskin artdığı Erməistana ünvanlanmış ciddi xəbərdarlıq idi.
Ümumilikdə Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi
idi. Soçi görüşündə Azərbaycanın mövqeyindən və iradəsindən kənar heç bir məqam
müşahidə olunmadı.
Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai birliyinin sədri
26 NOYABR BƏYANATI
Son bir ilin əsas müzakirə mövzusu 44 günlük İkinci Qarabağ
savaşında tarixi Zəfərimiz, bu fonda yaranan yeni reallıqlar, ən əsası
postmünaqişə dövrünün çağırışlarını özündə ehtiva edən 10 noyabr 2020 və 11
yanvar 2021-ci illərdə imzalanan üçtərəfli Bəyanatların müddəalarının icrası və
Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dünya
güclərinin, nüfuzlu beynəlxalq təşkilatların hansı şəkildə maraq göstərmələri
və sair kimi məsələlərdir.
Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu fikir dayanır ki, indiki
mərhələdə əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək,
Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir.
Ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan
və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti
Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın
baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara
aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin
tənzimlənməsində Rusiyanın roluna işıq saldı: "Prezident İlham Əliyev Rusiyanın
səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il
ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların
açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10
noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz
dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin
təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan
qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq
və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması
üzərində işə başlamağı təklif edib. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli
görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan
arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən
ötən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik.
Azərbaycan və Rusiya prezidentlərinin görüşündə də qeyd olunduğu kimi, iki ölkə
arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Tərəflər
qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin
yüksəldilməsində maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət
nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan
məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Rusiya və
Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər
keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir,
birgə səylər göstərilir. Ölkələrimiz arasında ticarət dövriyyəsi yüksəlir,
iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq diqqəti xüsusilə
cəlb edir. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin
əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Rusiyada azərbaycanlı
tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın
azərbaycanlı gənc Rusiyada təhsil alır. Bir sözlə, rəsmi şəxslər arasında
qarşılıqlı səfərlərin dinamikası yüksəkdir.”
Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar
səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı, Vladimir
Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevin və Ermənistan baş naziri
Nikol Paşinyanın görüşünü ölkəmizin növbəti qələbəsi, Ermənistanın tarixi
Zəfərimizdən sonra adi hal alan təxribatlarının iflasa uğradığının etirafı kimi
dəyərləndirə bilərik.
26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə
təmin edilib.
Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
MİNA XƏRİTƏLƏRİNİN MÜZAKİRƏ OLUNMASI AZƏRBAYCANIN UĞURUDUR
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Ermənistanın
işğalına son qoydu. Düşmən tapdağından azad olunan ərazilərdəki vəziyyət isə
ermənilərin vəhşiliyini, barbarlığını bütün dünyaya nümayiş etdirdi.
Ermənistanın işğal dövründə törətdiyi insanlıq əleyhinə cinayətlərdən biri də
həmin əraziləri minalanmasıdır. Ermənistan tərəfi işğal dövründə cəbhə xəttində
xeyli ərazini minalamışdı. Amma bununla kifayətlənməmişdi. 30 illik işğal
müddətində bütün Qarabağda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazilərində məqsədli şəkildə minalar yerləşdirmişdilər. Ermənilər tərəfindən
basdırılmış çoxsaylı minalar hələ də yüz minlərlə məcburi köçkünün işğaldan
azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Mina xəritələrinin
verilməsi yenidənqurma və bərpa işlərinin sürətlənməsinə təkan verəcək.
Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin Azərbaycana
verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və
Azərbaycan diplomatiyasının növbəti uğurudur. Qeyd etmək lazımdır ki, Rusiya
dövlətinin humanist təşəbbüsü də təqdirə layiqdir.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən,
minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş
ərazilərimizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən əsası
qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı
prosesini sürətləndirəcək.
Ermənilər müxtəlif bəhanələr gətirərək həmin xəritələri xeyli müddətdir ki,
Azərbaycana verməkdən imtina edirdilər və daha çox azərbaycanlının bu minalar
nəticəsində həyatlarını itirmələrinə nail olmağa çalışırdılar. Ancaq onların bu
bəd niyyəti gözlərində qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu
daxili və xarici siyasət, diplomatik səylər nəticəsində Ermənistan iflasa
uğradı.
Biz bu gün öz qədim tariximizin ən şanlı dönəmini yaşayırıq. Azərbaycan heç
vaxt bu qədər güclü və qüdrətli olmamışdır. Görünən budur ki, çağdaş dünyanın
ən görkəmli dövlət xadimlərindən olan Prezident İlham Əliyevin liderliyi ilə
Azərbaycan dövləti zamanla qarşısına qoyduğu bütün məqsədlərə nail olur. Baş
verən son hadisələr bu fikri bir daha təsdiq edir.
Xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq
işlərinin sürətlə aparılmasına şərait yaradacaq. Yeri gəlmişkən, artıq bölgədə
ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz
axarına qayıdacaq.
Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi
Etibarlı münasibətlərin bərpa olunması
Vətən müharibəsi bitdikdən sonra Ermənistanın Azərbaycana hərbi
təzyiq göstərmək və azad edilmiş torpaqları geri qaytarmaq siyasəti iflasa
uğradı.Ermənistan Azərbaycanın ötən ilin noyabr ayından təklif etdiyi mehriban
qonşuluq, problemləri diplomatik yolla həll etmək təklifini qəbul etməyə məcbur
oldu.Müasir tariximizdə Ermənistanın imza atdığı və ya üzərinə götürdüyü
öhdəliklərdən asanlıqla imtina etmək nümunələri kifayət qədər çoxdur. Ancaq,
qonşu ölkənin indiki yaşadığı siyasi-iqtisadi böhran onu istəməsə də problemlərin
həllinin Azərbaycan variantını qəbul etməyə məcbur edir.
Soçi görüşünün nəticəsi olaraq üçtərəfli Bəyanata əsasən sərhədlərin
demarkasiyası üçün komissiya yaradılacaq.Kommunikasiyaların açılması üçün
Moskvada üçtərəfli komissiyanın iclasını keçirmək barədə razılığa gəlinib. Bu o
deməkdir ki, Zəngəzur dəhlizi olacaq.
Bu təkcə Azərbaycanın deyil, bütöv bir regionun, o cümlədən Ermənistanın da
xeyrinədir. Dəhlizin işə düşməsi ilə Ermənistan özü özünü saldığı izolyasiyadan
çıxır, orada yüz minlərlə yeni iş yeri yaradılır, Ermənistan büdcəsinə stabil
olaraq hər il yüz milyonlarla ABŞ dolları vəsait daxil olur. Və bu ancaq
başlanğıcdır. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri
qurmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edir.
Ermənistan qəbul etməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə mehriban
qonşuluq siyasətində, qonşu dövlətlərə torpaq iddiasından imtina etməsindədir.
Soçi görüşünün nəticələrini möhkəmləndirmək üçün böyük imkanlar var.Hətta
mehriban qonşuluqla bağlı Ermənistanın ciddi niyyətləri olarsa, Azərbaycan və
Ermənistan xarici işlər nazirlikləri arasında birbaşa rabitə əlaqəsi yaratmaq,
hər iki paytaxtda diplomatik kontakt qrupu yaratmaq, Azərbaycan din
xadimlərinin İrəvandakı Göy məscidə, erməni din xadimlərinin Bakıdakı erməni
kilsəsinə səfərlərini təşkil etmək olar.
Bu siyahını daha da böyütmək olar. Bunun üçün ilk növbədə Ermənistan
Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, üçtərəfli görüşlərdə öz
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Soçi görüşüAzərbaycanın növbəti diplomatik uğurudur, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsidir.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Səmərəsiz sabotaj cəhdləri
Bildiyimiz kimi 26 noyabr 2021 ci il tarixdə Rusiyanın Soçi şəhərində görüş təşkil edilmişdir. Həmin görüş zamanı Prezident İlham Əliyevin etdiyi çıxışı dinlədim,burada Azərbaycan və Rusiya arasındakı münasibətlərin strateji müstəvidə inkişafı keçən dövr ərzində Ermənistanın 2020 ci il 9 noyabr və 2021 ci il 11 yanavar tarixli bəyənatlarının müddəalarına necəriayət edilməsi aydın şəkildə müzakirə edilmişdir.Çıxışdan göründüyü kimi Azərbaycan və Rusiya arasında il ərzində çoxlu dialoqlar aparılmış,iki dövlət arasında münasibətlər sürətlə qarşılıqlı maraqlar üzərindəinkişaf etmiş,iqtisadi sahədə əməkdaşlıq gücləndirilmişdir.İki dövlət arasındakı münasibətlər bir çox sahələri ehtiva etmiş,iqtisadiyyatın,nəqliyyatın,humanitarəməkdaşlıqın inkişafı üçün 7 yol xəritəsi reallaşdırılmaqdadır.15000-dən çox Azərbaycanlı tələbənin Rusiyada təhsil alması ölkələrimiz arasında dayanıqlı körpünün olması deməkdir.Mütəmadi olaraq hər iki dövlətin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin təşkili və həyata keçirilməsi münasibətlərin yüksəliş dinamikasına səbəb olur. Cənab Prezidentin çıxışından göründüyü kimi Azərbaycan dövləti həmişə delimitasiya prosesinə başlamağa hazır olmuşdur.Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün saxlanılması,suverenliyinin tanınması,gələcəkdə qonşular kimi yaşamaları üçün sülh müqaviləsi üzərində işə başlanmasına təkliflər verilmişdir. 26 noyabr tarixdə qəbul edilmiş bəyənatda Azərbaycan dövlətinin mövqeyi tam şəkildə əks olunmuşdur.Keçirilmiş üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilmişdir.Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərinə nail olmuşdur.İnanırıq ki, üçtərəfli bəyənatların tam şəkildə həyata keşirilməsi bölgədə bütün komnikasiyaların açılması,iki ölkə arasında delmitasiya prosesinin başlanması gələcəkdə hər iki xalqın firavan yaşamasına,müharibələrin olmamasına gətirib çıxaracaqdır.
Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru
Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir
Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm
sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını
çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici
siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri,
mehriban dost, qonşu hesab edir. Ölkələrimiz arasında münasibətlər
strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji
tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş
gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını
müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur”.
Hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın
əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə
ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya
respublikamızın qeyri-neft məhsullarının ixracı üzrə ilk yerdə
dayanır.Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templə artması
strateji əməkdaşlığın mühüm göstəricisi olmaqla bərabər, dövlət başçımızın xarici
iqtisadi əlaqələrinin genişləndirilməsinin, eyni zamanda, qeyri-neft ixracının
stimullaşdırılması istiqamətində qəbul edilən bir sıra mühüm qərarların, ən
başlıcası isə cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən sistemli və
ardıcıl layihələrin məntiqi nəticəsidir. Bu gün respublikamızla Rusiya arasında
ticarətin dinamik inkişafı istiqamətində mühüm önəm daşıyan tədbirlər
reallaşdırılır. Məsələn, Rusiyada ölkəmizin Ticarət Nümayəndəliyi, Həştərxanda
Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi, habelə
Moskvada Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu "Azərbaycan
nemətləri” mağazası fəaliyyət göstərir. Bütün bunlar isə hər iki ölkənin iş
adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsini sürətləndirir.
Şəhla Eminova –əməkdar müəllim
İslahat.az