Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli
Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra –
Fond) nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə
xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil
xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.
Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcəkdir.
Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
·Milli qəhrəman övladları;
·I, II və III qrup əlil olan gənclər;
·Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;
·Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
·I qrup əlil valideyni olan gənclər;
·Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
·Aztəminatlı ailədən olan gənclər.
Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:
Bakı Dövlət Universitetinin Qazax filialı |
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı |
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı |
20.Naxçıvan Müəllimlər İnstitutu |
24.Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası |
30.M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı |
31.İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı |
16-29 yaşlı tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.
Müsabiqənin müddəti:
2 noyabr – 18 noyabr 2018-ci il
saat 20:00-dək müraciətlər qəbul ediləcəkdir.
Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
İslahat.az