02 Noyabr 2018
17:01
1457

Azərbaycan Respublikasının Gənclər Fondu təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulunu elan edir


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcəkdir.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

·Milli qəhrəman övladları;

·I, II və III qrup əlil olan gənclər;

·Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

·Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

·I qrup əlil valideyni olan gənclər;

·Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

·Aztəminatlı ailədən olan gənclər.

Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:

1.Bakı Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

2.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

3.Azərbaycan Texniki Universiteti

4.Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

5.Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

6.Azərbaycan Memarlıq vəİnşaat Universiteti

7.Bakı Slavyan Universiteti

8.Azərbaycan Dillər Universiteti

9.Bakı Mühəndislik Universiteti

10.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

11.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

12.Sumqayıt Dövlət Universiteti

13.Lənkəran Dövlət Universiteti

14.Gəncə Dövlət Universiteti

15Azərbaycan Texnologiya Universiteti

16.Mingəçevir Dövlət Universiteti

17.Naxçıvan Dövlət Universiteti

18.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

19.Azərbaycan Milli Konservatoriyası

20.Naxçıvan Müəllimlər İnstitutu

21.Azərbaycan Tibb Universiteti

22.Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

23.Azərbaycan Dövlət Aqrar Universiteti

24.Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası

25.Azərbaycan Dövlət Dəniz Akademiyası

26.Milli Aviasiya Akademiyası

27."ADA” Universiteti

28.Bakı Ali Neft Məktəbi

29.Azərbaycan Turizm və Menecment Universiteti

30.M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

31.İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

16-29 yaşlı tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.

Müsabiqənin müddəti:

2 noyabr – 18 noyabr 2018-ci il saat 20:00-dək müraciətlər qəbul ediləcəkdir.
Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır.

Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.

İslahat.az