07 Sentyabr 2021
13:13
20367

Azərbaycan - Portuqaliya oyunu üçün şəhid ailələrinə bilet ayrılıb

Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu üçün AFFA tərəfindən şəhid ailələrinin üzvlərinə və şəhid övladlarına bilet ayrılıb.

İslahat.az-ın məlumatına görə, bu, milli assosiasiya ilə YAŞAT Fondu arasında mövcud əməkdaşlıq çərçivəsində baş tutub.

Qeyd edək ki, AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində YAŞAT Fondunun vasitəçiliyi ilə AVRO-2020-nin Bakıda keçirilmiş oyunları üçün də şəhid övladlarına biletlər təqdim etmişdi.

İslahat.az