02 İyul 2018
12:31
713

Azərbaycan polisi haqqında marş yazıldı

Azərbaycan polisinin 100 illiyi ərəfəsində ölkə polisi haqqında yeni marş yazılıb.

İslahat.az-ın aldığı məlumata görə, marşın sözləri polis kapitanı Elşad Hacıyevə, musiqisi bəstəkar Aydan Əliyevaya məxsusdur. Aranjemanı polis mayoru Xəyal Məmmədov edib.

Marşı Dövlət Musiqili Komediya Teatrının solisti Səməd Xasıyev ifa edib.

Qeyd edək ki, bu gün Azərbaycan polisinin 100 illik yubileyidir.
 
Rövşən Nəcəfov | islahat.az