17 Yanvar 2022
12:49
21544

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edildi - FOTOLAR

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib.

İslahat.az xəbər verir ki, hərbçi Şəki şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşları, C.Məmmədlinin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumata görə, C.Məmmədli altı ay idi hərbi xidmətə yollanmışdı. O, ailədə iki bacının yeganə qardaşı olub.

Allah rəhmət etsin!

İslahat.az