Avropa Olimpiya Komitəsinin Minsk şəhərində keçirdiyi II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançları bu gecə Vətənə qayıdıblar.
İslahat.az Oxu.Az-a istinadən xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və rəsmi şəxslər tərəfindən qarşılanıblar.
Qeydedək ki, 21-30 iyun tarixlərində Belarusun paytaxtıMinskdə II Avropa Oyunları keçirilib. Azərbaycan bu yarışda 80 idmançı ilə təmsil olunub və 28 medal qazanıb.