02 İyul 2019
08:30
725

Azərbaycan olimpiyaçıları Vətənə döndülər

Avropa Olimpiya Komitəsinin Minsk şəhərində keçirdiyi II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançları bu gecə Vətənə qayıdıblar.

İslahat.az Oxu.Az-a istinadən xəbər verir ki, idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər və rəsmi şəxslər tərəfindən qarşılanıblar.

Qeydedək ki, 21-30 iyun tarixlərində Belarusun paytaxtıMinskdə II Avropa Oyunları keçirilib. Azərbaycan bu yarışda 80 idmançı ilə təmsil olunub və 28 medal qazanıb.

İslahat.az