22 Yanvar 2020
11:28
814

Azərbaycan nefti ucuzlaşıb - QİYMƏT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,08 ABŞ dolları və yaxud 0,12% azalıb.

İslahat.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,24 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İslahat.az