06 Fevral 2021
12:32
13894

Azərbaycan Kubokunda bu gün iki yarımfinalçı müəyyənləşəcək

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Bu mərhələdə iki görüş baş tutacaq. Matçlardan biri Qəbələ, digəri Bakıda keçiriləcək.

Azərbaycan kuboku
1/4 final
Cavab oyunları

 

6 fevral
15:00 "Qəbələ” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
İlk oyun – 1:3

18:00 "Səbail” – "Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
"ASCO Arena”
İlk oyun – 1:0

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək "Kəpəz” – "Keşlə” və "Zirə” – "Neftçi” matçları ilə yekun vurulacaq.

 

İslahat.az