02 Noyabr 2021
14:09
23893

Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırıldı - FƏRMAN

"Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”də dəyişiklik edilib. 

İslahat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmanla Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri artırılıb.

Dəyişikliyə əsasən, dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək Azərbaycan İnvestisiya Holdinqinin vəzifələri sırasına daxil edilib.

İslahat.az