23 Avqust 2022
13:34
18191

Azərbaycan idmanı tarixində ilk yaşanıb

Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

İslahat.az xəbər verir ki, Azərbaycan Badminton Federasiyasındanverilən məlumata görə, bu, Azərbaycan badmintonu tarixində bir ilkdir.

İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqust tarixlərində keçirilən və 15 ölkədən idmançıların qatıldığı "FOX's Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində iştirak edəcək.

Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.

İslahat.az