12 Noyabr 2021
12:53
21080

Azərbaycan filmləri “Netflix” vasitəsilə dünyaya çatdırmalıdır - TƏKLİF

"Azərbaycanda bütün parametrlər üzrə tarixi filmlərin, serialların çəkilməsi zəruridir. Bu filmləri "Netflix” vasitəsilə dünyaya çatdırmalıyıq”.

İslahat.az xəbər verir ki, bunu 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

O bildirib ki, kino sahəsinə ayrılan vəsaitlər artırılmalıdır.

"Bu yaxınlarda türkiyəli məşhur rejissor Osman Sınav Azərbaycana gəlmişdi. O təklif etdi ki, ortaq dəyərlərlə bağlı bir film çəkilsin, xərcin yarısının Türkiyə tərəfindən qarşılanacağını dedi. Amma biz digər yarımçıq qalan vəsaiti tapa bilmədik. Biz keyfiyyətli filmlər, seriallar istəyiriksə, kino və mədəniyyət sahəsinə ayrılan vəsaitlər artırılmalıdır”, - deyə Qənirə Paşayeva əlavə edib.

İslahat.az