21 May 2019
11:09
805

“Azərbaycan Dəmir Yolları”nın teplovozu yandı

Masallı rayonunun Təzəkənd kəndində "Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozunun mühərrik və salon hissəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, digər teplovoz və vaqonlar yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
 
İslahat.az