13 Sentyabr 2018
15:59
818

Azərbaycan 53 ölkə arasında liderdir

Dünya Sağlamlıq Təşkilatının 2018-ci il hesabatında ən az spirtli içki içilən ölkələrin siyahısı yayımlanıb.

İslahat.az xəbər verir ki, Avropa qitəsi, Qafqaz regionu və Mərkəzi Asiya bölgəsi daxil olmaqla, 53 ölkəni əhatə edən hesabatda Azərbaycan ən az spirtli içki içilən ölkə seçilib. Belə ki, Azərbaycanda adambaşına ildə təxminən 0,8 litr spirtli içki düşür.

İkinci sırada Türkiyə 2 litr, üçüncü yerdə isə 2,7 litrlə Özbəkistan qərarlaşıb. Rusiya ortalama illik 10,1 litrlə 38-ci, Ermənistan 5,5 litrlə 7-ci, Gürcüstan isə 9,8 litrlə 22-ci pillədə qərarlaşıb.

Ən çox spirtli içki içilən ölkə isə ildə təxminən adambaşına 15,2 litrlə Litva olub.

Hesabatda avropalıların daha uzun ömür sürdüyü, lakin zərərli vərdişlərdən əl çəkmədikləri qeyd olunub. Siqaret, spirtli içki və köklüyün avropalıların ən böyük problemi olduğu bildirilib.