09 Dekabr 2018
14:02
3664

Aygün Kazımova "ilin qadın müğənnisi" seçildi

Ötən gün Türkiyənin məşhur "Altın Kelebek" mükafatlandırma gecəsi reallaşıb.

İslahat.az xəbər verir ki, mükafatlandırma gecəsində "Azərbaycanda ilin qadın” müğənnisi mükafatına xalq artisti Aygün Kazımova layiq görülüb.

Kazımova sevincini bu sözlərlə dilə gətirib: "Mən iki dəfə Türkiyədən namizəd oldum, qazana bilmədim. Şansa bax ki, bu dəfə öz ölkəmdən qatıldım və qalib oldum. Bu çox gözəl hissdir. Mənə dəstək olan həmvətənlərimə və sizə təşəkkür edirəm.
 
 
İslahat.az