05 Noyabr 2021
16:48
20357

Çavuşoğu: “Ümid edirik ki, Ermənistan bu şansdan istifadə edəcək”

Türkiyə Qarabağ da daxil olmaqla bir çox regional məsələlərlə bağlı Rusiya ilə fəal təmasdadır.

İslahat.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, Ankara və Moskva milli maraqların nəzərə alınmasına əsaslanan konstruktiv dialoqun tərəfdarıdır.

Qafqazdakı vəziyyətdən danışan Çavuşoğlu İkinci Qarabağ Müharibəsindən sonra dəyişikliklərə ümidlərin yaranmasına işarə edib:

"Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə region uzunmüddətli sülh üçün tarixi şans əldə edib”.

Türkiyəli nazir ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu da qeyd edib:

"Ümid edirik ki, Ermənistan bu şansdan regionda sülh və inkişaf üçün istifadə edəcək”.

İslahat.az