Avropa İttifaqının (Aİ) mətbuat katibi Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma "prezident və parlament seçkiləri” ilə bağlı "Dağlıq Qarabaq: Qondarma president və parlament seçkilərinə dair" adlı bəyanat yayıb.
İslahat.az xəbər verir ki, bəyanatda deyilir:
"31 mart 2020-ci il tarixində Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkilərini” nəzərə alaraq, Avropa İttifaqı təkrar bildirir ki, o, onların keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz.
İslahat.az