10 May 2019
16:44
668

“Avropa İttifaqı ilə yeni Saziş çoxtərəfli əməkdaşlıq sistemini formalaşdıracaq” — Asim Mollazadə

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanacaq saziş, Avropa Birliyi üçün də böyük əhəmiyyət kəsb edir.

Bu sözləri millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında  onsuz da enerji sahəsində tərəfdaşlqı sazişi mövcuddur:

 "Yeni saziş isə Aİ ilə Azərbaycan arasında  çoxtərəfli əməkdaşlıq sisteminin formalaşmasına xidmət edəcək. Burada əməkdaşlıq  iqtisadi, ticari, humanitar, təhsil, nəqliyyat və digər sahələri əhatə edir.  O baxımdan da bu saziş Azərbaycanın mənafeyinə uyğun olan bir sənəddir”- deputat bildirib.

A.Mollzadə eyni zamanda hesab edir ki, bu sənəd eyni zamanda  Avropa üçün də mühüm əhəmiyyət kəsb edir: "Bundan Aİ-də qazanacaq və  bölgədə əməkdaşlığını dərinləşdirəcək. Artıq saziş üzərində işlər yekunlaşmaq üzrədir. Ümid edirəm ki, saziş imzalandıqdan sonra Azərbaycanla Aİ arasında  əməkdaşlıq daha da dərinləşcək”.

Deputat onu da əlavə edib ki, sazişdə Azərtbaycanın ərazi bütövlüyü Aİ tərəfindən tanınır və qəbul edilir: "Bu bizim üçün çox əhəmiyyətli bir məsələdir”.
 
İslahat.az