02 Dekabr 2018
17:02
3522

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanın rəqibləri məlum olub — FOTO

İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

İslahat.az report-a istinadən bildirir ki, püşkatma nəticəsində futbol üzrə Azərbaycan milli komandası "E" qrupunda yer alıb.

Azərbaycan yığması AVRO-2020-nin final mərhələsinə düşmək üçün Xorvatiya, Slovakiya, Uels və Macarıstan komandaları ilə mübarizə aparacaq.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.
Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edib.

Püşkatmanın nəticələri aşağıdakı kimidir: