16 Oktyabr 2020
17:28
1555

“Atəşkəsdən sonra 3 dəfə Hadrutu işğal etmək istədilər" - Prezident

"Atəşkəsdən sonra 3 dəfə Hadrud qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.

İslahat.az xəbər verir ki, bunu Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

"Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”, - deyə, Prezident əlavə edib.
 
İslahat.az