19 İyul 2019
13:50
639

Ağstafada təkər təmiri sexində şin partladı: usta gözsüz qaldı - FOTO

Ağstafa rayon sakini bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb.

İslahat.az Oxu.az-a istinadən xəbər verir ki, Böyük Kəsik kənd sakini, 1962-ci il təvəllüdlü Mehdiyev İxtiyar Mehdi oğlu usta işlədiyi təkər təmiri sexində avtomobil şinini dəyişərkən ehtiyatsızlıq edib və qəflətən şin partayıb.

Nəticədə o, baş və göz nahiyəsindən ağır xəsarətlər alıb.

O, dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub. İ.Mehdiyevin bir gözü əməliyyatla götürülüb, iki barmağı isə amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır. 
 
İslahat.az