24 İyul 2020
10:48
510

Ağstafada koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov başda olmaqla  koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Operativ Qərargahın tələblərinə rayon ərazisində hansı səviyyədə əməl olunması ilə bağlı növbəti reyd keçirilib.
 
İslahat.az bildirir ki, reyddə Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın üzvləri, Qida Təhlükəsizliyi Agentliyinin Tovuz  Regional bölməsinin əməkdaşları iştirak ediblər. İctimai-iaşə, ticarət və digər obyektlərdəki mövcud vəziyyətlə yaxından tanış olunub. Fəaliyyətləri və göstərdikləri xidmətin səviyyəsi araşdırılıb. Karantin rejiminin qaydalarını aşkar şəkildə pozan sahibkarlar barəsində qanun çərçivəsində tədbirlər görülüb.
 
Həmçinin əhalinin sıx toplandığı ərazilərdə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dair sakinlərlə  maarifləndirici söhbətlər aparılıb. Tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.
 
İslahat.az