13 Noyabr 2021
22:04
20610

Arzu Bağırova muzeyə Nizami Gəncəvinin portretini hədiyyə etdi - FOTOLAR

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu xanım Bağırova və təşkilatın üzvü ilə birlikdə Zəfər bayramı ərəfəsində Masallı Rayon Tarix Diyarşünaslıq muzeyini ziyarət ediblər.

İslahat.az xəbər verir ki, rayonun istedadlı rəssamları tərəfindən çəkilən şəhidlərimizin rəsmləri və şəxsi əşyalarından ibarət təşkil edilmiş sərgini çox böyük maraqla izləyən sədr istedadlı gənc rəssamlara hədiyyələr təqdim etdi.

Qeyd edək ki, Arzu xanım ipək saplarla işlənən Nizami Gəncəvi”nin portretini muzeyə hədiyyə etdi.

Tədbirin sonunda sədr Arzu Bağırova muzeyin xatirə kitabına öz ürək sözlərini yazdı.

İslahat.az