01 May 2019
15:36
1473

“Artıq Bakı metropoliteni fiziki imkanları məhdud olan insanlar üçün əlçatan olub” — Bəxtiyar Məmmədov

Bir həftədə 10-dək fiziki imkanları məhdud olan şəxs Bakı metropolitenindəki əlil arabalarından istifadə edib.

Bu sözləri "Bakımetropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Bakı metropoliteni fiziki imkanları məhdud olan insanlar üçün əlçatan olub:

"Fiziki cəhətdən məhdud olub əlil arabalarından istifadə edənlər deyil, eyni zamanda hamilə qadınlar, yeriməkdə əziyyət çəkən  yaşlılar və  xəstələr Bakı metropolitenində yaradılan bu imkanlardan pulsuz şəkildə faydalana bilərlər.  Artıq sınaq müddəti bitib və metropolitendə bunun bağlı yaradılna qrup istənilən şəxsin sifarişini qəbul edib, onları istədiyi ünvana çatdırmağa hazır vəziyyətdədir. Yetər ki,  bu xidmətdən istifadə edəcək insanlar 24 saat öncədən, bir saat qalmışadək metropolitenə telefon və ya elektron vasitəsi ilə sifariş verə bilərlər. Metropolitendə yaradılan qrup onları istədikləri metrostansiyasında qarşılayıb gedəcəyi ünvanadək yola salacaqlar”.

O, deyib ki, sifariş verən şəxs istədiyi vaxt sifarişdən imtina edə bilər: "Vətəndaş vaxta 20 dəqiqə qalmışadək isə sifarişlərindən imtina da edə bilər”.

B.Məmmədov onu da deyib ki, zaman keçdikcə bu xidmət təkmilləşdiriləcək: "Biz iş prosesinin təkmilləşdirilməsində bu xidmətdən istifadə edən insanların təkliflərindən də yararlnacağıq”.

O, əlavə edib ki, bu xidmətdən istifadə edəcək insanlar üçün 5 əlil arabası alınıb:

"Həmin arabalardan müəyyən səbəblərdən sərbəst hərəkət məhdudiyyəti yaranaraq, əlil arabasından müvəqqəti istifadə edən sərnişinlərin də maraqları xüsusi nəzərə alınıb. Belə sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər, xüsusən də əsa  və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyətiməhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar   metropoliten stansiyalırının hüdudlarında bu vasitədən faydalana bilərlər.Bir həftədə artıq 10-dək insan bu xidmətdən yararlanıb”. 
 
İslahat.az