07 Aprel 2021
11:30
12468

Araz Əlizadə: “Siyasətdən niyə getməliyəm ki?!” – MÜSAHİBƏ

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Oxu.Az-ın suallarını cavablandırıb.

- Araz müəllim, son zamanlar mətbuatda demək olar ki, sizin simanızı görmürük, fikirlərinizə rast gəlmirik. Özünüzmü kənara çəkilmisiniz və ya yorulmusunuz? Bəlkə jurnalistlər sizə müraciət etmir?

- Özüm jurnalistlərə zəng edəsi deyiləm ki!

 

- Partiyanızın durumu necədir?

- Partiyamızın qərargahından yuxarı mərtəbədə qadın məsləhətxanası var. Oradan qərargahımıza su axıtmışdılar. Hazırda partiyanın iqamətgahını təmir edirik. Digər işlər isə adi qaydada gedir.

- Öz hesabınıza təmir etdirirsiniz?

- Xeyr. Təmiri suyu axıdan edir.

- Gündəmi izləyirsiniz?

- Məni müxtəlif media orqanları efirə dəvət edir. Kimsə zəng edəndə müsahibə verirəm.

- Artıq sizin partiya parlament partiyası deyil və dövlət büdcəsindən vəsait almırsınız. Bəs partiyanın xərclərini necə qarşılayırsınız?

- Bizim partiya cəmi 5 il – mən deputat olduğum müddətdə dövlətdən maliyyə alıb. Deputat olmamışdan qabaq, partiyamız necə dolanıbsa, indi də elə dolanır.

- Heç siyasətdən getməyi düşünürsünüz?

- Xeyr, mən siyasətdən niyə getməliyəm ki?!

- Elə hesab edirsinizmi ki, siz və partiyanız Azərbaycan siyasətində aparıcı qüvvədir?

Azərbaycanda yeganə aparıcı qüvvə cənab Prezident İlham Əliyevdir. Qalanları hamısı öz imkanları çərçivəsində fəaliyyət göstərirlər.

 

İslahat.az