30 Dekabr 2019
12:24
846

AQTA sədri: Son bir həftədə 13 nəfər zəhərlənib, dördü ölüb, biri isə kor olub

Bir həftədə içkidən zəhərlənmə ilə bağlı ümumilikdə səkkiz hadisə baş verib.

İslahat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub:

"Onlardan dördü ölüb, biri isə görmə qabiliyyətini itirib”.

 Sədr bayram günləri ilə bağlı vətəndaşlara da müraciət edib.

"Restoranlarda yeni il şənlikləri təşkil olunur. Biz də AQTA olaraq özümüzə borc bilirik ki, vətəndaşlara müraciət edək ki, hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir.

İslahat.az