25 Dekabr 2019
13:26
724

AQTA Avropa İttifaqı ilə razılığa gəldi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə edib. 

İslahat.az xəbər verir ki, bunu AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib. 

O bildirib ki, Azərbaycandan ixrac olunan, bitki və heyvan mənşəlli məhsullara veriləcək sağlamlıq sertifikatı Avropa İttifaqı tərəfindən tanınır:

"Sertifikatlar həm məhsulların qida təhlükəsizliyi, həm də heyvan mənşəlli məhsullar olduqda onun baytarlıq tələblərinin uyğunluğunu təsdiq edəcək. Bu isə sahibkarların işini asanlaşdıracaq.

İslahat.az