YAP Zərdab rayon təşkilatının növbəti hesabat-seçki yığıncaqları keçirilib.
İslahat.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev, təşkilatın məsul işçiləri və ərazi partiya təşkilatlarının üzvlərinin iştirakı ilə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Rayon Elektrik Şəbəkəsi, Aztelekom MMC-nin Aran Regional filialının Zərdab Şöbəsi, Azərpoçt MMC-nin Zərdab Poçt filialı, Çallı, Məlikumudlu, Alıcanlı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.
Əvvəlcə Ulu Öndər
Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan partiyamızın 30 il
ərzində keçdiyi uğurlu yoldan, dövlətimizn idarəçiliyində əvəzsiz
xidmətlərindən və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə regionun ən böyük sosial bazaya məxsus siyasi partiyaya çevrilməsindən
söhbət açan YAP Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev sonra
yığıncaqların gündəliyində duran məsələlərlə bağlı iştirakçılara məlumat verdi.
Gündəliyə uyğun olaraq ərazi partiya təşkilat sədrlərinin ötən dövr ərzindəki
fəaliyyətləri barədə hesabat məruzələri dinlənildi, sədr və sədr müavinlərinin
seçilməsi məsələsinə baxıldı.
YAP Zərdab Rayon təşkilatının sədri İlkin Əliyev yeni seçilən ərazi partiya təşkilatlarının
sədr və sədr müavinlərinə fəaliyyətlərinin partiyamızın proqram və
nizamnaməsinin tələblərinə uyğun qurulması istiqamətində tapşırıq və
tövsiyələrini verərək fəaliyyətlərində uğurlar arzulayıb.
Ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir.
İslahat.az