06 May 2022
12:05
19116

Yanvar-aprel aylarında vergi daxilolmaları nə qədər ARTIB? - RƏSMİ

"Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub”.

İslahat.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter” hesabındakı paylaşımında qeyd edib.

"Yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2% artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5% səviyyəsində icra olunub.

Qeyri-neft qaz sektorundan daxilolmalar isə 49,7% artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5% yerinə yetirilib. Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına, eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm”, - deyə nazir əlavə edib.

İslahat.az