Antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır - AÇIQLAMA
"Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır”.
İslahat.az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
H.Harmancı qeyd edib ki, insanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını məhdudlaşdırmalıdır:
"Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”.
İslahat.az