Nəzərbəy
Hacıağayev
Nəzər Media.az saytının rəhbəri
Bu gün uşaqların internet təhlükəsizliyi ən aktual məsələlərdəndir.
Günümüzdə bu məsələyə bir çox ölkələr həddindən artıq çox çiddi yanaşır. Ancaq
ölkəmizdə bu məsləyə həm cəmiyyət olaraq həm də fərd olaraq yanaşmalar o qədər
də arzuolunan və yüksək səviyədə deyil. Bir çox ölkələrdə internet üzərində
yayılan videoçarxlar və video oyunlar qadağan olsa da bizdə valideyinlər bu
qadağalara fikir vermirlər. Müasir analar öz yükünü azaltmaq və asudə
vaxtlarını çoxaltmaq üçün azyaşlı uşağın əlinə smartfon və ya internetə qoşulu
olan hər hansısa bir cihaz verir. Ancaq anlamaq lazımdır ki, uşaqların beyni ağ
kağız kimidir. Bəzi oyun və video çarxlar onlara mənfi təsir edə bilər. Bu təsiri
bəzən biz sadə baxışla görmürük. Bu təsir özünü şüuraltı vəziyyətdə göstərir. Mən
sizə deyim ki, şüuraltı təsir fiziki təsirdən qat-qat ağır fəsadlara səbəb olur.
Çünki onun simptonları erkən zamanlarda sadə gözlə və müqaisə ilə görmək olmur.
Bu sonradan həmin uşağın böyüdükdə hərəkətlərində və davranışlarında özünü
biruzə verir. Qərb tərəfindən hazırlanan bu video çarxlar və video oyunların əsas
məqsədi şərqdə xüsusilə milli mental dəyərlərin yüksək olduğu ölkəmiz kimi ölkələrdə
şüursuz və mental dəyərlərdən arılanmış şəxslər formalaşdırmaqdır. Bu da sonra
dövlətə və dövlətçiliyə, ölkənin əhalisinə vurulan bir ziyandır.