08 Yanvar 2020
15:16
743

Anasının eyvanda unutduğu körpə faciəvi şəkildə öldü

Rusiyanın Xabarovsk vilayətinin Nikolayevsk şəhərində yeddi aylıq körpənin eyvanda soyuqdan öldüyü faciə haqqında ətraflı məlumat yayılıb.

İslahat.az-ın xəbərinə görə, hadisə Orlova küçəsində yerləşən yaşayış binasında baş verib.

Belə ki, 40 yaşlı ana uşağını təmiz hava alması üçün arabada eyvana qoyub.

Qadın körpəni bir neçə dəqiqədən sonra götürməyi düşünsə də, uşağın çöldə olması yalnız beş saatdan sonra onun yadına düşüb. Amma artıq gec olub, uşaq soyuqdan donaraq ölüb.

Hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanları cəlb edilib. Ölüm faktı Xabarovsk vilayətinin Səhiyyə İdarəsi tərəfindən təsdiqlənib.

İslahat.az