23 Aprel 2021
18:02
13903

Anar Məmmədxanovun anım günüdür

Bu gün "Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun vəfatından 10 il ötür.

Anar Camal oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakı şəhərində doğulub.

1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar” komandasının kapitanı olub.

 

Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat olub. O, 1995, 2000 və 2005-ci ildə Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.

Anar Məmmədxanov 23 Aprel 2011-ci ildə kəskin ürək qan-damar çatışmazlığından vəfat edib.

Evli idi, 3 övladı yadigar qalıb.

 

İslahat.az