07 Avqust 2020
18:22
762

AMVPRESS.AZ fəaliyyətini bərpa etdi

AMVPRESS.AZ informasiya portalı bu gündən fəaliyyətini bərpa etdi.

Bir neçə gün bundan əvvəl erməni hakerlər tərəfindən AMVPRESS.AZ informasiya portalına hücum olub.

AMVPRESS.AZ xəbər verir ki, informasiya portalına hücum bir neçə gün bundan əvvəl erməni hakerlər tərəfindən həyata keçirilib. Belə ki, saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını, videolarını və "Armenia” sözlərini yerləşdiriblər. Hücum nəticəsində saytda yayımlanan son xəbərlərin hamısı silinib.

AMVPRESS.AZ informasiya portalına edilən hücumun əsas səbəbi manşetdə yayımlanmış "Polad Həşimov - Göz yaşlarımla söhbət... Rövşən Nəcəfov (TARİXİ HEKAYƏ)" yazısına görə olub.

AMVPRESS.AZ informasiya portalının baş redaktoru Elşən Gəncəvi açıqlamasında qeyd edib ki, AMVPRESS.AZ informasiya portalı erməni hakerlərin hücumuna məruz qalıb: "AMVPRESS.AZ informasiya portalına erməni hakerlər tərəfindən hücub olub. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Unutmamalıyıq ki, düşmənlə müharibə yalnız səngərdə getmir, biz həm də informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə yayılan yalan məlumatlara, informasiyalara qarşı diqqətli olmalıyıq. Həmkarlarımla informasiya müharibəsində qələmlərimizi yerə qoymamalıyıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, AMVPRESS.AZ informasiya portalının fəaliyyəti artıq bərpa olunub. Portal oxucuların və ictimaiyyətin istifadəsindədir.

AMVPRESS.AZ informasiya portalının kollektivi adından bizimlə birgə həmrəylik nümayiş edən bütün media və ictimaiyyət nümayəndələrinə minnətdarlığımızı bildiririk.

İslahat.az