21 Dekabr 2018
15:20
2420

“AMV Consulting” şirkəti ilin trendi seçildi

İslahat.az xəbər verir ki, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group” tərəfindən təşkil olunan"Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib.

"AMV Consulting” şirkəti "Maliyyə və Mühasibatlıq” kateqoriyası üzrə ilin trend şirkəti olaraq mükafatlandırılıb.

"AMV" Consulting şirkətinin təsisçisi Orxan Şükürov səhnəyə gələrək minnətdarlıq nitqini söyləyib.

Qeyd edək ki, "AMV Consulting” AMV Şirkətlər Qrupunun (AMV Group) tərkibində maliyyə və mühasibatlıq xidmətləri göstərən şirkətdir.

AMV Şirkətlər Qrupunun tərkibində alternativ təhsil və təlim xidmətləri üzrə "AMV Education”, kuryer və poçt xidmətləri üzrə "AMV Express”, texnologiya və internet xidmətləri üzrə "AMV SoftLab”, səyahət və səfərin təşkili üzrə "AMV Travel”, iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə "AMVPRESS.AZ” informasiya portalı fəaliyyət göstərir.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.

"Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib. Mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutub.

 
İslahat.az