25 May 2020
18:14
172

“AMV Consulting” şirkəti 4 yaşında

"AMV Consulting” şirkəti 25 may 2016-ci ildən fəaliyyətə başlayıb.

"AMV Consulting” sizin alternativ minimum vergi anlayışını formalaşdıran və təqdim edən şirkətdir.

İslahat.az xəbər verir ki, "AMV Consulting” ümumi mühasibatlıq, kadrlar uçotu və maliyyə xidmətləri üzrə peşəkar səviyyədə Sizin bələdçinizdir. Etibarlılıq, məsuliyyət, keyfiyyət və müştəri məmnuniyyətinin təmin edilməsi şirkətin əsas iş prinsipləridir.

Gənc iqtisadçılardan ibarət "AMV Consulting" şirkəti yarandığı gündən prioriteti sahibkarları şəffaf mühasibatlığa keçidə səsləmək və bu istiqamətdə ölkə iqtisadiyyatına töhvə verməkdir. Şirkət fəaliyyəti dövründə ölkəmizdə yerli və əcnəbi sahibkarlara xidmətlər göstərərək yeni bizneslərin və iş yerlərinin yaradılmasında təşəbbüskar olub.

"AMV Consulting" şirkəti fəaliyyətinə görə ictimai və biznes mükafatlarına layiq görülüb.

İslahat.az