30 Dekabr 2020
14:35
16845

Amin Musayev evə yola salınıb

Dekabrın 14-də Ermənistan əsirliyindən azad edilən həmvətənimiz Amin Musayev evə buraxılıb. 

Bu barədə Oxu.Az-a onun xalası Rəna Əmiraslanova məlumat verib. 

O bildirib ki, Amin artıq xəstəxanadan çıxıb, Ağstafaya yola düşüb:

"Şükür Allaha hər şey qaydasındadır. Amini xəstəxanadan dayısı götürüb. İnşallah axşama qədər Ağstafaya çatacaqlar. Maraqlanan hər kəsə təşəkkür edirik”.