03 İyul 2019
17:09
659

Amalya Pənahovanın xatirəsi əbədiləşdirilir

Xalq artisti Amalya Pənahovanın xatirəsiəbədiləşdiriləcək.

İslahat.az-ın məlumatına görə, bu barədəBaş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

Sərəncamaəsasən, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsi vurulacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İslahat.az