11 Mart 2020
15:45
1860

Altis Şirkətlər Qrupu Türkiyədə keçirilən beynəlxalq qapı, pəncərə və şüşə sərgisində iştirak edib (FOTOLAR)

Altis Şirkətlər Qrupu 04-07 mart 2020-ci ildə, Türkiyənin İstanbul şəhərində yeləşən TÜYAP sərgi mərkəzində keçirilən "21-ci Avrasia Qapı, Pəncərə və Şüşə 2020” (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) beynəlxalq sərgisində iştirak edib. 

İslahat.az xəbər verir ki, İstanbulun ən böyük sərgi salonu olan TÜYAP-da  təşkil olunan qapı, pəncərə və şüşə (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) istehsalçılarının sərgisində, Türkiyənin və dünyanın 24 ölkəsindən 644 şirkət və 109 ölkədən 70 mindən çox ziyarətçi iştirak edib. Altis Şirkətlər Qrupu sərgi zamanı emal və istehsal etdiyi 50-dən çox şüşə nümunələrini, plastik və alüminium qapı və pəncərə profillərini, hazır qapı və pəncərə nümunələrini sərgiləyib. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə və ziyarətçilərlə 200-ə yaxın işgüzar görüşlər keçirib.

Sərgi iştirakçılarından əsasən, Orta-Şərqi Asiya ölkələri, Aralıq Dənizi sahili ölkələri, Makedoniya, Moldova, Kosova, Serbia Azərbaycan məhsulu olan plasitk və alüminium qapı və pəncərə profillərinə xüsusi maraq göstəriblər. Bütün məhsullar "Made in Azerbaijan” brendi altında sərgilənib.

TÜYAP sərgi mərkəzində keçirilən "Avrasia Qapı, Pəncərə və Şüşə 2020” (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) beynəlxalq sərgisi Türkiyənin ən böyük və ən uzunmüddətli sərgisi olmaqla, dünyanın ilk on tikinti materialları sənayesi hadisələrindən biri kimi dəyərləndirilir. Bu tədbir Türkiyənin, həmçinin Orta Asiya və Afrika ölkələrinin tikinti sektorunda nüfuz qazanmaq istəyən tent və perqola sistemləri, alüminium və plastik qapı və pəncərə profilləri istehsal edən şirkətləri, cam balkon istehsalçıları, istehsal avadalıqları və aksesuarları, beynəlxalq şirkətlərin distribütor şirkətləri, inşaat və layihə işləri görən şirkətlər, memarlar, xam maddə istehsalçıları və bu sektorla əlaqəli digər şirkətlər üçün əsas platformadır.

Qeyd edək ki, Altis Şirkətlər Qrupu MMC 2005-ci ildən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərir. Şirkət 15 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atmışdır. Beləki, şirkət şüşələrin emalı üzrə Azərbaycan bazarında qısa zamanda yetərincə tanınmış şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Altis Group of Companies Bakı şəhərində böyük və bağlı ərazidə, müasir standartlara uyğun, tamamilə avtomatlaşdırılmış texnologiyaya malik, istehsal gücünü hər ay daha da artıran bir şirkətə çevilib. İstehsalın çox qismi Azərbaycanın daxili bazarının tələbatını ödəyir. Yerdə qalan qismi isə xarici bazarlara çıxardılır.
 
İslahat.az