13 Mart 2019
15:19
1670

Altis Şirkətlər Qrupu beynəlxalq sərgidə iştirak edib - FOTOLAR

Altis Şirkətlər Qrupu Türkiyədə keçirilən beynəlxalq qapı, pəncərə və şüşə sərgisində iştirak edib.

Altis Şirkətlər Qrupu 06-09 mart 2019-cu ildə, Türkiyənin İstanbul şəhərində yeləşən TÜYAP sərgi mərkəzində keçirilən "Avrasia Qap, Pəncərə və Şüşə 2019” (Eurasia Door, Eurasia Window, Eurasia Glass 2019) beynəlxalq sərgisində iştirak edib. Türkiyənin ən böyük sərgi salonu olan TÜYAP-da  təşkil olunan qapı, pəncərə və şüşə (Eurasia Door, Eurasia Windows, Eurasia Glass 2019) tədbirdə Türkiyənin və dünyanın 24 ölkəsində 644 şirkətin və 109 ölkədən 70.000-dən çox ziyarətçi iştirak edib. 

İslahat.az xəbər verir ki, şirkət nümayəndələri sərgi zamanı emal etdiyi 50-dən çox şüşə nümunələrini, istehsal etdiyi plastik qapı və pəncərə profillərini, hazır qapı və pəncərə nümunələrini sərgiləyiblər. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə və ziyarətçilərələ 100-dən çox işgüzar görüşlər keçirib.

Sərgi iştirakçılarından əsasən, Ərəb ölkələri, Aralıq Dənizi sahili ölkələri, İran, Makedoniya, İraq, Moldova, Kosova, Serbia Azərbaycan məhsulu olan plasitk qapı və pəncərə profillərinə xüsusi maraq göstəriblər.

TÜYAP sərgi mərkəzində keçirilən "Avrasia Qapı, Pəncərə və Şüşə 2019” (Eurasia Door, Eurasia Windows, Eurasia Glass 2019) beynəlxalq sərgisi Türkiyənin ən böyük və ən uzunmüddətli sərgisi olmaqla, dünyanın ilk on tikinti materialları sənayesi hadisələrindən biri kimi dəyərləndirilir. Bu tədbir Türkiyənin, həmçinin Orta Asia və Afrika ölkələrinin tikinti sektorunda nüfuz qazanmaq istəyən tent və pergola sistemləri, cam balkonları istehsalçı şirkətləri, istehsal avadalıqları və aksesuarları, beynəlxalq şirkətlərin distributor şirkətləri, inşaat və layihə işləri görən şirkətləri, memarlar, xam maddə istehsalçıları və bu sektorla əlaqəli digər şirkətlər üçün əsas platformadır.

Altis Şirkətlər Qrupu MMC 2005-ci ildən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərir. Şirkət 14 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atmışdır. Beləki, şirkət şüşələrin emalı üzrə Azərbaycan bazarında qısa zamanda yetərincə tanınmış şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Fəxr hissi ilə qeyd etmək istərdik ki, Altis Group of Companies Bakı şəhərində böyük və bağlı ərazidə, müasir standartlara uyğun, tamamilə avtomatlaşdırılmış texnologiyaya malik, istehsal gücünü hər ay daha da artıran bir şirkətə çevilib. İstehsalın çox qismi Azərbaycanın daxili bazarının tələbatını ödəyir. Yerdə qalan qismi isə xarici bazarlara çıxardılır. 

İslahat.az