İslahat.az xəbər verir ki, bir müddətdir ki, sosial
şəbəkələrdə gündəmə çevrilmiş, "Caspian Events Group” tərəfindən təşkil
olunan"Trend of the Year" 2018 Mükafatı sahiblərinə
təqdim edilib.
"Altis Group of Companies” şirkəti "Tikinti
materiallarının emalı və satışı” kateqoriyası üzrə ilin trend şirkəti olaraq
mükafatlandırılıb.
"Altis
Group of Companies" şirkətinin marketinq direktoru Pənah Əlisoy səhnəyə gələrək minnətdarlıq nitqini söyləyib.
Qeyd edək ki, "Altis Group of Companies” MMC 2005-ci ildən etibarən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərməkdədir.
"Altis Group of Companies” şirkəti dünyanın ən öndə
gələn qabaqcıl texnologiyalardan istifadə edərək Azərbaycanın şüşə emalı və
tikinti sektorunda müxtəlif layihələrdə müvəffəqiyətlə istirak edir. Hazırda
şirkət dünyanın öndə gələn SAINT-GOBAIN, GUARDIAN, PILKINGTON, AGC, VERSALUX,
ŞİŞECAM, KAVEH GLASS kimi tanınmış şirkətlərlə əməkdaşlıq edir.
"Altis Group of Companies” şirkəti 2013-ci ildən
Almaniyanın məhşur REHAU, ROTO və Türkiyənin KURTOĞLU, VHS və.s şirkətləri ilə
sıx əməkdaşlıq edir.
Mükafatlandırma
gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə
çevrilmiş şəxslər və şirkətlər mükafatlandırılıblar.
"Trend
of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib.
Mükafatlandırma gecəsi Flame Towers – Park Cinema IMAX-da baş tutub.