24 May 2020
09:26
361

Almaniyada koronavirusa yoluxanların sayı 178,3 minə çatır

Almaniyada koronavirusa bir gündə 431 yoluxma halı qeydə alınıb.

İslahat.az "RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 31 insan virusdan ölüb.

İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 178 281 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 247 pasiyent ölüb.

Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 206 nəfərin virusa yoluxması təsdiqlənib. Şimali Reyn-Vestfaliyada 37 223, Baden-Vürtemberqdə 34 399 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 637 yoluxma qeydə alınıb. 
 
İslahat.az