21 May 2020
10:51
149

Almaniyada bir gündə koronavirusa 745 nəfər yoluxub

Almaniyada son bir gündə koronavirusdan daha 57 nəfər ölüb.

İslahat.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, epidemiyanın başlanğıcından ölkədə virusa ümumilikdə 176 752 yoluxma qeydə alınıb, COVID-19 diaqnozu qoyulmuş 8 147 insan ölüb. Bununla yanaşı, virusa yoluxmuş 158 min nəfər sağalıb.

Federasiya ərazisində təhlükəli virusa yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 45 929 nəfər COVID-19 xəstəsi kimi qeydiyyata alınıb. Şimal Reyn-Vestfaliyada 36 912 nəfər, Baden-Vürtemberqdə 34 175 insan virusa yoluxub. Berlində koronavirusa 6 555 yoluxma aşkarlanıb.

Qeyd edək ki, ötən gün Almaniyada koronavirusdan 83 nəfər ölüb, 797 yeni yoluxma qeydə alınıb. 
 
İslahat.az