26 Avqust 2022
12:39
22211

Ali Baş Komandana Laçın şəhərindən MƏRUZƏ

Azərbaycan Ordusunun avqustun 26-da Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməsi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə olunub.

İslahat.az xəbər verir ki, məruzəni Ordu Korpusunun komandiri, general-mayor Kənan Seyidov edib.

"Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” – məruzədə deyilir.

İslahat.az