19 Fevral 2022
14:21
20298

Aktyor Tural Ələkbərov 30 yaşını qeyd edir

Bu gün gənc aktyor Tural Ələkbərovun doğum günüdür.

İslahat.az xəbər verir ki, aktyoru təbrik edənlər arasında sənət dostları və yaxınları iştirak edirlər.

Ələkbərov Tural Adil oğlu 1992-ci ildə İmişli rayonunda anadan olub. Orta təhsilini İmişli rayon 2 saylı orta məktəbdə oxuyub. 2009-2013 ci illərdə Azərbaycan dövlət Mədəniyyət və İncəsənət üniversetinin Rejissorluq və Aktyorluq fakültəsini bitirib.

2012 - 2014 ci illərdə Bakı Uşaq və Gənclər Teatrında  aktyor kimi fəaliyyət göstərib.

Teatrda oynadığı tamaşalar:

Həyatla Oyun - Duman

Şirek və dostları - Cery

Göyçək Fatma - Şəhzadə

Ağıllı Tülkü - Vəzir

Fidan və Qoğal - Yorgan

Turp - Baba

Quruluş verdiyi tamaşlar

Dələduz Siçanlar

Rol aldığı  seriallar

Cehizsiz Gəlinlər - Elşən 2016 (Xəzər Tv)

Ata ocağı - Cavad 2018 ( Xəzər Tv)

Bir Qadın - Elşən 2019 (Atv)

13-cü mənzil - Davud 2021 ( Xəzər tv )

Eşqə Düşdük - 2022 ( Atv )

Rol aldığı filmlər

Suqra və Oğulları - Qaçaq 2020

Sən Demə - Tural

İslahat.az